Əsas səhifə » BMT Baş Assambleyası Qəzza ilə bağlı qətnamə qəbul edib

BMT Baş Assambleyası Qəzza ilə bağlı qətnamə qəbul edib

Tasnim İsmixan

Bakı. AzerPress:

BMT Baş Assambleyası Misir və Mavritaniyanın Fələstin-İsrail münaqişəsi zonasında təcili humanitar atəşkəs tələb edən qətnaməni qəbul edib.

AzerPressxəbər verir ki, BMT-yə üzv olan 193 ölkədən 153-ü qətnamə layihəsini dəstəkləyib, 10-u əleyhinə, 23-ü isə bitərəf qalıb.

banner

Sənədin mətni digər məsələlərlə yanaşı, bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsini, həmçinin beynəlxalq hüquqa, xüsusən də mülki şəxslərin müdafiəsi ilə bağlı tələblərə riayət etməyi tələb edir.

Digər Kateqoriyalar

2023 © AzerVoice