Əsas səhifə » BMT artıq dünyada sülhü bərqərar etmək iqtidarında deyil – Numan Kurtulmuş

BMT artıq dünyada sülhü bərqərar etmək iqtidarında deyil – Numan Kurtulmuş

Aytac Suleymanova

Bakı. AzerPress:

BMT artıq dünyada sülhü bərqərar etmək iqtidarında deyil.

AzerPress-in məlumatına görə, bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş danışıb.

“Hal-hazırda bəşəriyyət böyük sınaqdan keçir. Biz burada insanlığın yanında olub sülh, təcili atəşkəs və humanitar yardımların dərhal çatdırılması üçün səsimizi ucaldaraq humanitar cəbhəyə töhfə verməyə çalışırıq. Hazırda dünyada sülhü bərqərar etmək iqtidarında olmayan, dünya müharibələrin qarşısını almaq üçün demək olar ki,heç nə etməyən BMT-də yeni və ədələtli dünya sisteminin qurulması vacibdir”,- deyə Numan Kurtulmuş bildirib.

banner

İsrailin Qəzzaya hücumlarının ağır şəkildə davam etdiyini bildirən Kurtulmuş qeyd edib ki, İsrail hökumətinin vəhşi hücumları nəticəsində hazırda Qəzzada böyük bir soyqırım yaşanır. Qəzzada dörd həftə ərzində 9 mindən çox adam öldürülüb, onlardan 4 mindən çoxu uşaqdır.

Qeyd edək ki, İsrailin Qəzzanın hər bölgəsini hədəf alan hücumları 27 oktyabrda bölgənin şimalında intensivləşib.

Qəzzada İsrailin hücumları nəticəsində həyatını itirənlərin sayı 9 min 61-ə çatıb, 32 min nəfər yaralanıb.

Aytac Süleymanova

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice