Əsas səhifə » Bizim prioritetimiz Qəzzada humanitar atəşkəsin yaradılmasıdır – Ərdoğan

Bizim prioritetimiz Qəzzada humanitar atəşkəsin yaradılmasıdır – Ərdoğan

admin

Bakı. AzerPress:

Bizim prioritetimiz Qəzzada humanitar atəşkəsin yaradılmasıdır.

AzerPress-in məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanda Türk Dövrü” şüarı ilə keçirilən sammitdə çıxışı zamanı deyib.

“Fələstində insan faciəsi baş verir. Məktəblər, məscidlər, xəstəxanalar, kilsələr bombalanır. Bizim prioritetimiz humanitar atəşkəsdir. Fələstində bütün dünyanın gözü qarşısında misli görünməmiş insan faciəsi yaşanır. Günahsız uşaqlar amansızcasına qətlə yetirilir, oktyabrın 7-dən bəri baş verən bu vəhşiliyi təsvir etməyə söz yoxdur. Qəzzada insanlığa qarşı cinayətlər törədilir. İstər müsəlman, istər xristian, istərsə də yəhudi hər kəsin təhlükəsizliyini təmin edəcək yeni mexanizmlər üzərində işləyirik. İsrail-Fələstin Beynəlxalq Sülh Konfransı üçün zəmin yaratmaq üçün səylərimiz davam edir. Qəzzəyə indiyə qədər bölgəyə humanitar yardımla dolu 10 təyyarə göndərmişik. Şərtlər imkan verərsə, yenilərini göndərməyə davam edəcəyik”,- deyə Ərdoğan bildirib.

banner

Qeyd edək ki, bu gün Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 10-cu Zirvə Toplantısı keçirilir.

Xatırladaq ki, Qəzzada İsrailin hücumları nəticəsində həyatını itirənlərin sayı 9 min 61-ə çatıb, 32 min nəfər yaralanıb.

Ölənlərin 3 min 760-nın uşaq, 2 min 326-nın isə qadındır.

Məlumat üçün bildirək ki, İsrailin Qəzzanın hər bölgəsini hədəf alan hücumları 27 oktyabrda bölgənin şimalında intensivləşib.

Aytac Süleymanova

Digər Kateqoriyalar

2023 © AzerVoice