Əsas səhifə » Bizans Osmanlı qoşunlarını dayandırmaq üçün hansı siyasəti yürüdürdü?

Bizans Osmanlı qoşunlarını dayandırmaq üçün hansı siyasəti yürüdürdü?

admin

Bakı,AzerPress

XIV əsrdə türkmənlər tərəfindən torpaqları zəbt edilən Bizans imperiyası muzdlu Katalon və Alan əsgərlərindən istifadə etsə də, heç bir nəticə əldə edə bilmirdi. Belə olduqda, Osmanlı və Qərbi Anadoludakı türk bəylikləri qarşısında aciz vəziyyətdə qalan Bizans əvvəl etdiyi kimi Elxani dövlətindən (1258-1357) türkmənlərə qarşı istifadə etməyə qərar verdi.
Bizans imperatoru Andronikos nikah diplomatiyasına əl ataraq Elxani hökmdarına elçi göndərdi. Razılaşmaya əsasən, Elxani hökmdarı Qazan Xan (1295-1304) ilə Bizans imperatoru Andronikosun nikahdankənar qızı İrene Palioloqla evlənməli idi. Bununla da, Elxani hökmdarı türkmənlərə qarşı tədbir görəcəyini vəd etdi.
Bu xəbər türkmənlər arasında yayılanda tərəddüd yarandı və Bizansa qarşı hücumlar dayandı. Lakin elxanilər Bizansa köməyə gəlmədi və türkmənlər yenidən Bizans torpaqlarına hücum etməyə başladılar.
1304-cü ildə Qazan xanın ölümündən sonra hakimiyyətə Olcaytu xan (1304-1316) keçdi. Bizans imperatoru öz bacısı Mariyanı Olcaytu Xanla evləndirərək Elxanilərdən yenidən kömək almağa çalışdı.
Olcaytu xanı gələcək həyat yoldaşı Mariya ilə birliklə mühasirədə olan İznikə göndərərək şəhəri xilas etməyə çalışdı. İznikə gələn Mariya Osman Qazini elxanilərin gəlməsi ilə hədələsə də, mühasirənin qarşısını ala bilmədi. Bundan sonra Osmanlılar monqol təhlükəsi səbəbindən bəzi kiçik yürüşlər istisna olmaqla, Bizansa əvvəlki kimi səfərlər təşkil edə bilmədilər.

Hazırladı: Ləman Əsədli

Twitter: lamanasadli01

banner

Digər Kateqoriyalar

2023 © AzerVoice