Əsas səhifə » Bizans ordusu Eskihisar döyüşündə necə məğlub edildi?

Bizans ordusu Eskihisar döyüşündə necə məğlub edildi?

admin

Bakı, AzerPress:

OSMANLI DÖVLƏTİ TARİXİ

Osmanlı qoşunları Bursadan sonra İzniki ələ keçirməyə hazırlaşırdı. Bizans İzniki müdafiə etmək üçün hərəkətə keçdi. Bundan xəbər tutan Orxan Qazi dərhal hücuma keçərək Eskihisardakı təpələri ələ keçirdi.

1329-cu ilin may ayının sonunda başlayan Eskihisar (Pelekanon) ərazisində başlayan döyüdə artıq Osmanlı qoşunları üstünlüyü ələ keçirmişdi. Bizans ordusu başa düşürdü ki, Osmanlıları ələ keçirdiyi təpələrdən çıxarmayana qədər döyüşə girmək Bizansın əleyhinə olacaq. Lakin Orxan qazı Bizans qoşunlarını təpələrdə qarşılamaq niyyətində idi. Bunun üçün Osmanlı qüvvələrinin bir hissəsi vadidə pusqu qurmuşdu.

banner

1329-cu il iyun ayının 1-də Osmanlılar 300 nəfərlik qoşunla Bizans üzərinə yürüdü. Osmanlı bu addımla Bizans qoşunlarını öz üstünə çəkmək istəyirdi, lakin Bizans onların məqsədini anladı və bu hiyləyə uymadı.

Ertəsi gün Osmanlı qoşunları eyni hücumu yenidən təkrarladı. Bu dəfə Bizans ordusu da əks-hücuma keçdi və Orxan Qazi dəstək üçün qardaşı Pazarlu bəyin başçılıq etdiyi qüvvələri göndərdi. Beləliklə, Bizans qoşununun hərəkətə keçməsi ilə müharibə başladı.

Döyüşdə Bizans imperatoru oxla vuruldu və döyüşçülər arasında çaxnaşma yarandı. İmperator ordusunun dağılmaması üçün çox çalışsa da Bizans ordusu dağıldı, ordunun bir qismi gəmilərlə qaçdı. Bu da Osmanlı qoşunlarının Bizans üzərində qələbəyə doğru irəliləməsinin əsas göstəricisi oldu.

Pelekanon Avstraliyalı tarixçi Hammerin dövründən Maltəpə adlandırılsa da Bizans tarixçisi Dukasın “Bizans tarixi” əsərini türk dilinə tərcümə edən Vladimir Mirmiroğlu bu döyüşü Maltəpə adlandırmağın yanlış olduğunu, Pelekanonun Maltəpədən xeyli uzaqda, Gebze-Eskihisar bölgəsində yerləşdiyini iddia edir.

Silsilə xəbərlər

Ləman Əsədli
Lamanasadli01

Digər Kateqoriyalar

2023 © AzerVoice