Əsas səhifə » Biz atəşkəs təklifini qəbul etdik, lakin İsrail hücumla cavab verdi

Biz atəşkəs təklifini qəbul etdik, lakin İsrail hücumla cavab verdi

Hafiz Rufizoglu

Bakı. AzerVoice:

Biz atəşkəs təklifini qəbul etdik, lakin İsrail hücumla cavab verdi.

AzerVoice xəbər verir ki, bu barədə HƏMAS Hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə bildirib.

O, İsrailin tarixi Fələstin torpaqlarında qurulduğunu elan etdiyi Nəkbədən (Böyük Fəlakət) 76 il keçməsinə baxmayaraq, “məhv” qorxusunun hələ də davam etdiyini bildirib.

banner

“Həmas Qəzzada atəşkəs və əsir mübadiləsinə nail olmaq üçün vasitəçi kimi çıxış edən Misir və Qətərin səylərini tam alqışlayıb.” – deyə Haniyə qeyd edib.

İsrailin HƏMAS-ın qəbul etdiyi təklifə etdiyi dəyişikliklərin danışıqları dalana dirədiyini bildirən Haniyə, HƏMAS-ın digər Fələstinli qruplarla birlikdə Qəzzaya qarşı müharibəni dayandırmaq üçün səylərini davam etdirəcəyini vurğulayıb.

Qeyd edək ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 35 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübut təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice