Əsas səhifə » “Biganə qalma” layihəsi dörd illiyini qeyd edib

“Biganə qalma” layihəsi dörd illiyini qeyd edib

Laman Asadli

Bakı. AzerVoice:

“Biganə qalma” layihəsi 2020-ci ilin pandemiya günlərində təsis edilib. Həmin il martın 29-da “Evdə qal” kampaniyasının başalndığı günlərdə hərəkatı yaradanlar pandemiya günlərində yaşlılara, qocalara, imkansızlara kömək etmək, onların sosial ehtiyaclarını ödəmək məqsədi ilə layihə yaradıblar.

AzerVoice xəbər verir ki, bu barədə layihənin fəaliyyətinin dörd illiyi münasibətilə təşkil edilən tədbirdə məlumat verilib.

Layihənin təsisçilərindən Adil Abdullayev pandemiya, Vətən müharibəsi və postmandemiya dövründə “Biganə qalma”nın həyata keçirdiyi layihələrdən və gördüyü işlərdən bəhs edib.

banner

Qeyd edilib ki, pandemiya günlərində 6153 ailəyə 173 min manatlıq yardım göstərilib. Öz xeyirxah missiyasını Vətən müharibəsi günlərində də davam etdirən layihə üzvləri cəbhə bölgələrinə 11 tir yardım göndərib, torpaqlarımızın işğalçılardan azad edilməsi uğrunda haqq savaşında əzalarını itirən 13 nəfərə Türkiyədə protez qoyulmasını, raket atəşi nəticəsində dağılmış 5 evin bərpasını təmin edib və həmin işlərə 1 milyona manatdan artıq vəsait xərclənilib.

Layihənin təşkilatçılarından Toğrul Ələkbərov “Biganə qalma”nın postpandemiya dövründə həyata keçirdiyi yeni layihələr barədə hesabat verib.

Onun sözlərinə görə, hərəkatın “Qurban payı” layihəsi çərçivəsində 378 ailəyə, “Bir uşağın xəyalı” layihəsi çərçivəsinbdə valideyndən məhrum olan uşaqların məktubu əsasında 100, “Ramazan sevinci” layihəsi çərçivəsində 450 uşağa yardım göstərilib Hərəkatın “Bir isti addım” layihəsi çərçivəsində 200 uşağa isti ayaqqabı verilib, “Bir çanta xoşbəxtlikl” layihəsi çərçivəsində 400 uşağa yardım göstərib.

O, yeni planlar barədə danışaraq yaxın günlərdə Zərdab rayonunda “Ramazan sevinci” layihəsi çərçivəsində daha bir neçə ailəni sevindirəcəklərini bildirib.

Onu da qeyd edək ki, Moskvada 65 ölkədən 2 mindən artıq layihənin iştirak etdiyi Beynəlxalq Vətəndaş Həmrəyliyi Forumunda “Biganə qalma” layihəsi “İlin könüllüsü” mükafatına layiq görülüb.
Tədbirdə layihənin fəaliyyətini əks etdirən videoroliklər nümayiş olunub, əyləncəli oyunlar keçirilib, xatirə şəkilləri çəkilib.
İştirakçılar Ramazan süfrəsi ətrafında xoş istirahət ediblər.

Digər Kateqoriyalar

2023 © AzerVoice