Əsas səhifə » Bezos “Amazon”un 2 milyard dollar dəyərində səhmlərini satıb

Bezos “Amazon”un 2 milyard dollar dəyərində səhmlərini satıb

Tasnim İsmixan

Bakı. AzerVoice:

“Amazon”un qurucusu Ceff Bezos şirkətin təxminən 2 milyard dollar dəyərində səhmlərini satıb.

AzerVoice xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.

Bezos fevralın 7-də 12 milyona yaxın səhm satıb. Hazırda sərvəti 196 milyard dollar olaraq qiymətləndirilən dünyanın ən varlı adamlarından biri iki ildən artıq müddətdə ilk dəfədir ki, aktivlərini satır.

banner

Bezosun təxminən iki il əvvəl “Amazon” rəhbəri postunu tərk etməsinə baxmayaraq, o, direktorlar şurasında qalıb.

Digər Kateqoriyalar

2023 © AzerVoice