Əsas səhifə » Beynəlxalq ictimaiyyət qarşısında İsrail beynəlxalq hüququ pozmağa davam edir – Ərdoğan

Beynəlxalq ictimaiyyət qarşısında İsrail beynəlxalq hüququ pozmağa davam edir – Ərdoğan

Laman Asadli

Bakı. AzerPress:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla BMT baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.

AzerPress xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Məlumata əsasən, danışıqlar zamanı İsrailin qanunsuz hücumlarına qarşı beynəlxalq ictimaiyyətdən gözləntilər, humanitar böhranın həlli təklifləri və daimi sülh üçün səylər müzakirə edilib.

banner

Prezident Ərdoğan beynəlxalq ictimaiyyətin gözü qarşısında İsrailin beynəlxalq hüququ, müharibə qanununu, humanitar hüququ pozmağa davam etdiyini və beynəlxalq hüquq qarşısında törətdiyi cinayətlərə görə cavab verməli olduğunu bildirib.

Bundan əlavə, Türkiyə prezidenti İsrailin Qəzzaya hücumlarında həyatını itirən 100-dən çox Birləşmiş Millətlər Təşkilatı əməkdaşına görə Quterreşə başsağlığı verib və Quterreşin Rəfah Sərhəd Qapısına şəxsi səfərinin beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb etmək baxımından faydalı olduğunu bildirib.

Qeyd edək ki, sabah BMT Təhlükəsizlik Şurasının Çinin sədrliyi ilə “Qəzzada atəşkəs” başlıqlı iclası keçiriləcək.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice