Əsas səhifə » Beynəlxalq ictimaiyyət İsrailin soyqırımları dayandırması üçün məsuliyyət daşıyır – Ərdoğan

Beynəlxalq ictimaiyyət İsrailin soyqırımları dayandırması üçün məsuliyyət daşıyır – Ərdoğan

Laman Asadli

Bakı. AzerPress:

Beynəlxalq ictimaiyyət İsrailin Qəzzada soyqırımları dayandırması üçün məsuliyyət daşıyır.

AzerPress xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz rəsmi X sosial media hesabında bildirib.

“Bu kontekstdə Macarıstanın lazımi dəstəyi verəcəyinə inanıram. Prezident Katalin Novak və Baş nazir Viktor Orban, xüsusilə, bütün qonaqpərvərliyə görə macar dostlarımıza təşəkkür etmək istəyirəm. Ümid edirəm ki, məsləhətləşmələrimiz və qəbul etdiyimiz qərarlar faydalı olacaq”, – deyə o vurğulayıb.

banner

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 18 dekabr tarixində Macarıstana rəsmi səfər edib. Səfər çərçivəsində Türkiyə və Macarıstan arasında prioritet strateji tərəfdaşlıq sazişi imzalanıb.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice