Əsas səhifə » Beynəlxalq humanitar təşkilatlar Fələstinə “dərhal atəşkəs” çağırışı ediblər

Beynəlxalq humanitar təşkilatlar Fələstinə “dərhal atəşkəs” çağırışı ediblər

Aytac Suleymanova

Bakı. AzerPress:

Birləşmiş Millətlər Təşkilatının (BMT) rəhbərlik etdiyi və humanitar yardım təşkilatlarının da olduğu Qurumlararası Daimi Komitə (IASC) İsrailin intensiv hücumlarına məruz qalan Fələstinə “dərhal humanitar atəşkəs” çağırıb.

AzerPress-in məlumatına görə, IASC, İsrailin Qəzzaya davam edən hücumları ilə bağlı yazılı açıqlama yayıb.

“Qəzza əhalisinin hamısı mühasirədədir və bu insanların əsas ehtiyaclara çıxışının qarşısı alınır, bölgədəki evlərin, sığınacaqların, xəstəxanaların və ibadət yerlərinin bombalanması qəbuledilməzdir. Qəzzada hər gün artan ölüm halları səbəbiylə “şok və dəhşət” içindəyik. Tərəfləri beynəlxalq insan hüquqları çərçivəsində bütün öhdəliklərinə hörmətlə yanaşmağa çağırırıq. Fələstində təcili humanitar atəşkəsə ehtiyacımız var. Artıq 30 gündür. Bəsdir. Bu müharibə bitməlidir”, – deyə açıqlamada bildirilib.

banner

Qeyd edək ki, İsrailin Qəzzanın hər bölgəsini hədəf alan hücumları 27 oktyabrda bölgənin şimalında intensivləşib.

Qəzzada İsrailin hücumları nəticəsində həyatını itirənlərin sayı 9 min 488-ə çatıb, 32 min nəfər yaralanıb.

Aytac Süleymanova

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice