97
- Bakı. AzerPress:
- Qazaxıstanda Kostenko mədənində baş verən ölümcül partlayışla bağlı araşdırmalara MDB və qeyri-MDB ölkələrindən olan beynəlxalq ekspertlər də qoşulub.
- AzerPress xəbər verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
- “Bu partlayış Qazaxıstanda baş verən ən böyük mədən faciələrindən biri olub. Beş şaxtada, o cümlədən Abayskaya, Saranskaya və Şahtinskayada, həmçinin Kuzembayev və Lenin şaxtalarında kömür hasilatı bərpa edilib”, – deyə Qazaxıstan fövqəladə hallar naziri Sırım Şaripxanov bildirib.
- Qeyd edək ki, 28 oktyabr səhər saatlarında Qazaxıstanın Karaqanda vilayətində “ArselorMittalTemirtau” Səhmdar Cəmiyyətinə məxsus şaxtada partlayış olub. Partlayış nəticəsində ölənlərin sayı 38-ə çatıb.
- Ləman Əsədli
- Twitter: Lamanasadli01