Əsas səhifə » Beril qasırğasının 200 mindən çox insana təsir edəcəyi gözlənilir

Beril qasırğasının 200 mindən çox insana təsir edəcəyi gözlənilir

Hafiz Rufizoglu

Bakı, VOA

Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Miqrasiya Təşkilatı Atlantik Okeanında əmələ gələn və Karib hövzəsini vuran Beril qasırğasından 200 mindən çox insanın təsirlənəcəyini bildirib.

VOA xəbər verir ki, BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) X sosial media platformasında məsələ ilə bağlı paylaşım edib.

“200 mindən çox insanın Beril qasırğasından təsirlənəcəyi gözlənilir. Onların bir çoxu infrastrukturun zədələnməsi səbəbindən yaşayış yerini tərk etmə riski ilə üzləşib” – deyə paylaşımda qeyd edilib.

banner

Bildirilib ki, BMqT və onun tərəfdaşları təbii fəlakətdən zərər çəkənlərin təcili ehtiyaclarını müəyyənləşdirmək üçün əraziyə baxış keçiriblər.

Mərkəzi Amerikanın şimal-şərq sahillərində yerləşən Karib hövzəsi ölkəsi olan Belizdə də qasırğa təhlükəsi ilə bağlı xəbərdarlıq edilib.

Həmçinin, qasırğanın şiddətinin yaxın günlərdə dəfələrlə dəyişəcəyi bildirilmiş, qasırğanın Karib dənizinin mərkəzində və Yamaykaya doğru irəlilədikcə də intensivliyini qoruyacağı qeyd edilib.

Məlumat üçün qeyd edək ki, Beril qasırğası nəticəsində altı nəfərin öldüyü bildirilib.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice