Əsas səhifə » BƏƏ Ermənistan və Azərbaycan arasında sülh quruculuğu səylərini alqışlayır

BƏƏ Ermənistan və Azərbaycan arasında sülh quruculuğu səylərini alqışlayır

Tasnim Rufizgizi

Bakı. AzerPress:

Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında müsbət irəliləyişləri və sülh quruculuğu istiqamətində atılan son addımları alqışlayıb.

AzerPress xəbər verir ki, bu barədə BƏƏ-nin Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb.

Bəyanatda iki ölkə arasında razılaşdırılmış etimad quruculuğu tədbirləri yüksək qiymətləndirilib və bu təşəbbüsün Ermənistan və Azərbaycan xalqları, eləcə də bütün Qafqazda daha da inkişafa nail olunması üçün sabitliyin gücləndirilməsinə və sülhün möhkəmləndirilməsi istiqamətində atılan addımlara töhfə verəcəyinə ümid ifadə edilib.

banner

Nazirlik BƏƏ-nin Ermənistan və Azərbaycan tərəfindən regional və beynəlxalq səviyyədə təhlükəsizliyin və sülhün gücləndirilməsi istiqamətində razılaşdırılmış bütün tədbirləri dəstəklədiyini, iki ölkə arasında konstruktiv əməkdaşlığın yeni dövrünün başlanğıcını qoyan davamlı nizamlanmanı möhkəmləndirdiyini vurğulayıb.

Nazirlik BƏƏ-nin fikir ayrılıqlarının sülh yolu ilə həllində körpülərin qurulması, əməkdaşlıq və dialoqun vacibliyini vurğuladığını bir daha təsdiqləyib.

Digər Kateqoriyalar

2023 © AzerVoice