Əsas səhifə » Bayraktar TB3 daha bir sınaq uçuşunu uğurla tamamlayıb (ÖZƏL)

Bayraktar TB3 daha bir sınaq uçuşunu uğurla tamamlayıb (ÖZƏL)

Laman Asadli

Bakı. AzerPress:

Türkiyənin Baykar şirkəti tərəfindən hazırlanan Bayraktar TB3 Pilotsuz Uçuş Aparatı onuncu sınaq uçuşunu uğurla tamamlayıb.

Bu barədə AzerPress-ə Türkiyə hərbi mənbələrindən məlumat verilib.

Məlumata əsasən, sınaq uçuşu zamanı Bayraktar TB3 cəmi 49 saat 27 dəqiqə havada qalıb.

banner

Qeyd edək ki, Bayraktar TB3 qısa müddətdə Bayraktar TB2 üzərində inkişaf etdirilib. Qatlana bilən qanadları, SATCOM yükü, 1 450 kiloqram uçuş çəkisi, 24 saatlıq havada qalma müddəti, 6 silah stansiyası və yüksək hündürlükdə fəaliyyət göstərmək qabiliyyətinə malikdir.

Bayraktar TB3-ün sahib olacağı imkanlar bu sinifdəki pilotsuz uçuş aparatları üçün əhəmiyyətli bir yenilik olacaq, həm də uzaq məsafələrdən idarə oluna bildiyi üçün görüş xəttinin kənarında ünsiyyət qabiliyyətinə sahib olacaq.

Belə ki, daşıdığı ağıllı döyüş sursatları ilə xaricdəki hədəflərə qarşı kəşfiyyat-müşahidə, kəşfiyyat və hücum missiyaları yerinə yetirərək Türkiyənin çəkindirici gücünə çarpan təsir göstərəcək.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice