Bakı. AzerPress:
Qatlanan qanadları ilə təyyarə gəmilərində eniş və qalxma qabiliyyətinə malik Bayraktar TB3 bu gün ən uzun uçuşunu edir.
AzerPress-in məlumatına görə, Bayraktar TB3, 24 saatdır havadadır və saat 11.00-dan etibarən uçuşunu davam etdirir.
Bayraktar TB3-ün ilk uçuşundan çox keçməsə də, 24 saat davam edən sınaq Baykar komandasının PUA-ya olan inamının əksi kimi qəbul edilir.
Bayraktar TB3-də, TEI-nin istehsal etdiyi yerli TEI PD-170 mühərriki istifadə edilir.
Qeyd edək ki, Bayraktar TB3 qısa müddətdə Bayraktar TB2 üzərində inkişaf etdirilib. Qatlana bilən qanadları, SATCOM yükü, 1 450 kiloqram uçuş çəkisi, 24 saatlıq havada qalma müddəti, 6 silah stansiyası və yüksək hündürlükdə fəaliyyət göstərmək qabiliyyətinə malikdir.
Bayraktar TB3-ün sahib olacağı imkanlar bu sinifdəki pilotsuz uçuş aparatları üçün əhəmiyyətli bir yenilik olacaq, həm də uzaq məsafələrdən idarə oluna bildiyi üçün görüş xəttinin kənarında ünsiyyət qabiliyyətinə sahib olacaq.
Belə ki, daşıdığı ağıllı döyüş sursatları ilə xaricdəki hədəflərə qarşı kəşfiyyat-müşahidə, kəşfiyyat və hücum missiyaları yerinə yetirərək Türkiyənin çəkindirici gücünə çarpan təsir göstərəcək.
Aytac Süleymanova
Twitter: a_alieva_