46
Bakı,AzerVoice
ABŞ Prezidenti Co Bayden Amerikadakı 12 min livanlının deportasiya olunmayacağına zəmanət verib.
AzerVoice xəbər verir ki, buna səbəb Hizbullah və İsrail arasında ehtimal edilən müharibənin hər an başlamasıdır.
ABŞ rəsmiləri, prezident memorandumunun aylardır hazırlıq mərhələsində olduğunu bildiriblər. Rəsmilərin qeyd etdiyinə görə deportasiya edilməmə zəmanəti verilən livanlılar arasında 700 tələbə də var.
Dövlət katibi Antoni Blinkenin dediyinə görə, Bayden “bəzi Livan vətəndaşlarının ölkəni tərk etməyə məcbur edilməsinin təxirə salınmasını” istəyib.