Əsas səhifə » Bayden livanlıların deportasiya olunmayacağına zəmanət verib

Bayden livanlıların deportasiya olunmayacağına zəmanət verib

Azer Voice

Bakı,AzerVoice

ABŞ Prezidenti Co Bayden Amerikadakı 12 min livanlının deportasiya olunmayacağına zəmanət verib.

AzerVoice xəbər verir ki, buna səbəb Hizbullah və İsrail arasında ehtimal edilən müharibənin hər an başlamasıdır.

ABŞ rəsmiləri, prezident memorandumunun aylardır hazırlıq mərhələsində olduğunu bildiriblər. Rəsmilərin qeyd etdiyinə görə  deportasiya edilməmə zəmanəti verilən livanlılar arasında 700 tələbə də var.

banner

Dövlət katibi Antoni Blinkenin dediyinə görə, Bayden “bəzi Livan vətəndaşlarının ölkəni tərk etməyə məcbur edilməsinin təxirə salınmasını” istəyib.

Digər Kateqoriyalar

2023 © AzerVoice