Əsas səhifə » Bakıda “Formula 1” final yarışının qalibləri mükafatlandırılıb

Bakıda “Formula 1” final yarışının qalibləri mükafatlandırılıb

Hafiz Rufizoglu

Bakı. AzerVoice

Bakıda “Formula 1” Azərbaycan Qran Prisi çərçivəsində “Formula 1” üzrə final yarışlarının qalibi və medalçıları mükafatlandırılıb.

AzerVoice-nin məlumatına görə, əvvəlcə qalib idmançının və komandanın şərəfinə müvafiq olaraq Böyük Britaniya və Avstraliyanın Dövlət himnləri səsləndirilib.

Final yarışının qaliblərinə rəsmi mükafat və medalları Beynəlxalq Avtomobil Federasiyanın (FIA) prezidenti Məhəmməd Ben Sulayem, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Gənclər və idman naziri Fərid Qayıbov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Qatar Airways-in Afrika üzrə vitse-prezidenti Hendrik Du Preez təqdim ediblər.

banner

Qeyd edək ki, “McLaren” komandasının avstraliyalı pilotu Oskar Piastri Formula 1 üzrə Azərbaycan Qran-Prisinin qalibi olub. Şarl Lekler (“Ferrari”) ikinci, Corc Rassell (“Mercedes”) üçüncü olub.

Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına ev sahibliyi edir. Ölkəmizdə təşkil olunan ilk Formula 1 yarışı Avropa Qran-Prisi adlandırılıb. Həmin yarışda almaniyalı Niko Rosberq birinci olub. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Luis Həmilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika) və Maks Ferstappen (Niderland) bütün rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıblar. Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronovirus pandemiyası səbəbindən keçirilməyib.

Digər Kateqoriyalar

2023 © AzerVoice