Əsas səhifə » Bakıda “5-ci Müstəqil İş Adamları Görüşü” keçirilib

Bakıda “5-ci Müstəqil İş Adamları Görüşü” keçirilib

Hafiz Rufizoglu

Bakı. AzerVoice:

MÜSİAD Azərbaycan İstehsal və Ticarət Komissiyasının təşkilatçılığı ilə Bakıda “5-ci Müstəqil İş Adamları Görüşü” keçirilib.

Bu barədə AzerVoice-ə MÜSİAD Azərbaycandan bildirlib.

MÜSİAD Azərbaycan İstehsal və Ticarət Komissiyasının təşkilatçılığı, Bahçeşehir Universitetinin (BAU) baş sponsorluğu və Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının (AQİSA) tərəfdaşlığı ilə JW Marriott Absheron Baku oteldə” 5-ci Müstəqil İş Adamları Görüşü” baş tutub.

banner

Görüşdə MÜSİAD Azərbaycan üzvləri ilə yanaşı, 220-dən çox iş adamı iştirak edib.

Üzvlərin işgüzar əlaqələrinin artırılması, yeni tərəfdaşlıqların, yeni layihələrin reallaşdırılması üçün ölkə iqtisadiyyatı və dünya iqtisadiyyatı haqqında məlumatların mübadiləsi üçün keçirilən görüş, iştirakçılar tərəfindən müsbət qarşılanıb.

MÜSİAD Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirlinin açılış nitqi ilə başlayan tədbirin baş sponsoru olan Bahçeşehir Universitetinin (BAU) spikerləri iş adamlarına seminar vermiş, məlumatlar paylaşıblar.

Görüşün sponsorları: BAU; Hazel; Fakir; Sartstone; C7group; Yonca; Hazel; Euroclima; Peynirci Baba; Idea art; Zivella; C7 group olub.

Bütün bunlarla yanaşı , iş dünyasının önəmli simalarının bir araya gəldiyi görüşdə əlaqələrin möhkəmləndirilməsi və birgə iş imkanları müzakirə olunub.

MÜSİAD Azərbaycan tərəfindən daha əvvəl 4 dəfə, bu gün isə beşincisi keçirilən iş adamları görüşündə iştirak edən 220-dən çox qonaq, keçirilən bu görüşün vacibliyini vurğulamaqla yanaşı, məmnunluqlarını da bildiriblər.

Hafiz Rufizoğlu

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice