Əsas səhifə » Bakı ilə İrəvan arasında sülh sazişi mümkündür – Blinken

Bakı ilə İrəvan arasında sülh sazişi mümkündür – Blinken

Tasnim İsmixan

Bakı, VOA

Vaşinqton administrasiyası hesab edir ki, indi Azərbaycan və Ermənistan arasında sülh sazişlərinə nail olmaq üçün müstəsna imkan var.

VOA-nın məlumatına görə, bu barədə Brukinqs İnstitutunda çıxışı zamanı ABŞ dövlət katibi Antoni Blinken deyib.

“Ölkələr arasında onilliklərlə davam edən münaqişəyə son qoyacaq sülh sazişlərinin həyata keçirilməsi üçün müstəsna imkan var və hesab edirəm ki, iqtisadi əlaqələr, iqtisadi artım, şərqdə və qərbdə, cənubda və şimalda ölkələr arasında əlaqələrin qurulması baxımından regionda böyük imkanlar yaradacaq. Azərbaycan bu işdə həlledici rol oynamalıdır”, – deyə ABŞ dövlət katibi qeyd edib.

banner

A.Blinken bildirib ki, ABŞ, Azərbaycan və Ermənistanı sülh sazişlərinə yaxınlaşdırmağa çalışaraq, diplomatiya yolu ilə buna fəal şəkildə nail olub.

“Və mən hesab edirəm ki, bu, həqiqətən də indi əldə edilə bilər. Mən bu barədə cəmi bir həftə əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə danışdım. Hesab edirəm ki, bu, mümkündür və Azərbaycan və Ermənistan xalqlarının, eləcə də bütün regionun maraqlarına tam cavab verir”, – deyə o əlavə edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice