Əsas səhifə » Bağdad metrosunun layihələndirilməsi tamamlanıb

Bağdad metrosunun layihələndirilməsi tamamlanıb

Azer Voice

Bakı,AzerVoice

Bağdad metrosunun layihələndirilməsi tamamlanıb.AzerVoice xəbər verir ki, bu haqda İraqın baş nazirinin nəqliyyat məsələləri üzrə müşaviri Nasir Əl-Əsədi deyib.
O qeyd edib ki, Bağdad metrosunun umumi uzunluğu 148 km olacaq və metro ümumulikdə 64 stansiyadan ibarətdir.

“Bağdad metrosu layihəsinin bütün müqəddəs yerlər, xəstəxanalar, kolleclər və turizm bölgələri də daxil olmaqla paytaxtın 85 faizini əhatə edəcək” –deyə o qeyd edib.

İraq rəsmisinin sözlərinə görə, ümimi dəyəri , 2,5 milyard dollarlıq Bağdad metrosunun inşaatı üçün tender elan ediləcək.

banner

Qeyd edək ki, Çin, Hindistan, Almaniya, İtaliya, İspaniya və Qətərdən olan 26 transmilli korporasiya metro layihəsinin icrasında iştirak etməkdə maraqlı olduğunu bildirib.

Digər Kateqoriyalar

2023 © AzerVoice