Əsas səhifə » Bələdiyyə seçkiləri üçün İstanbul namizədimiz bazar günü açıqlanacaq – Ərdoğan

Bələdiyyə seçkiləri üçün İstanbul namizədimiz bazar günü açıqlanacaq – Ərdoğan

Laman Asadli

Bakı. AzerPress:

Bələdiyyə seçkiləri üçün İstanbul namizədimiz bazar günü açıqlanacaq.

AzerPress xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkilərinin təqviminin başlama tarixi 1 yanvar 2024-cü il bazar ertəsi olacaq.

banner

Türkiyə Ali Seçki Şurası yanvarın 2-də seçkilərdə iştirak edə biləcək siyasi partiyaları açıqlayacaq. 2024-cü il yanvarın 27-də siyasi partiyaların birləşmiş seçki bülletenindəki yeri müəyyənləşəcək.

Fevralın 7-də seçici vərəqələri dəqiqləşdiriləcək, seçicilərin səs verəcəyi yerlərin və qutuların müəyyənləşdirilməsinə başlanacaq və bu proses fevralın 11-də yekunlaşacaq.

Siyasi partiyalar namizəd siyahılarını fevralın 20-si, çərşənbə axşamı yerli vaxtla saat 18.00-dək təqdim edəcəklər.

Yekun namizəd siyahıları vilayət və rayon seçki şuraları tərəfindən 3 mart bazar günü elan ediləcək.

Martın 21-də qadağalar başlayacaq. Səsvermə günü martın 31-də keçiriləcək.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice