Əsas səhifə » Türkiyənin Azərbaycana elektrik avadanlıqları ixracı azalıb (ÖZƏL)

Türkiyənin Azərbaycana elektrik avadanlıqları ixracı azalıb (ÖZƏL)

Yamin Savalanli

Bakı, AzerVoice

2024-cü ilin yanvar – iyul aylarında Türkiyənin Azərbaycana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 24,9 faiz azalaraq, 52,5 milyon dollara bərabər olub.

Bu barədə AzerVoice-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin iyul ayında Türkiyə Azərbaycana 7,8 milyon dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 39,7 faiz azdır” – deyə nazirlikdən bildirilib.

banner

Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0.8 faiz artaraq 9,3 milyard dollara bərabər olub.

“Bu ilin iyul ayında Türkiyə 1,4 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin iyul ayı ilə müqayisədə 12,3 faiz çoxdur,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyul 2023- iyul 2024) Türkiyə 16,3 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice