Əsas səhifə » Azərbaycan və Türkiyə XİN rəhbərləri regional və beynəlxalq əməkdaşlığı müzakirə ediblər

Azərbaycan və Türkiyə XİN rəhbərləri regional və beynəlxalq əməkdaşlığı müzakirə ediblər

Tasnim İsmixan

Bakı, VOA

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə Görüşü çərçivəsində Xarici İşlər Nazirləri Şurasının İclasından öncə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan ilə görüşüb.

VOA xəbər verir ki, bu barədə Azərbaycan XİN “X” sosial şəbəkəsində bildirib.

Bildirilib ki, qardaşlığa, qarşılıqlı dəstəyə və həmrəyliyə əsaslanan müttəfiq Azərbaycan-Türkiyə əməkdaşlığı, müxtəlif təşkilatlar və formatlar çərçivəsində regional və beynəlxalq əməkdaşlıq, eləcə də qlobal təhlükəsizlik çağırışları və problemləri ətraflı müzakirə edilib.

banner

Tərəflər müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, ticarət, investisiya, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiya, iqlim dəyişikliyi ilə mübarizə və s. sahələrdə mövcud imkanlardan istifadə edərək türk dünyasında əməkdaşlığın genişləndirilməsi üçün TDT-nin gücləndirilməsinin vacibliyini təsdiqləyiblər.

Görüşdə həmçinin münaqişədən sonrakı dövrdə regional yenidənqurma işləri və sülh səyləri, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinin hazırkı vəziyyəti müzakirə edilib.

Digər Kateqoriyalar

2023 © AzerVoice