Axtarış nəticələri "qəzza" (2743)

Vaşinqtonda fələstinliyə dəstək nümayişçiləri NBC, Fox News, MSNBC və The Hill kimi media qurumlarının ofislərinin yerləşdiyi küçədə aksiya keçiriblər. Etirazçılar “Medianın soyqırımda şərikliyini dayandırın” və “Media yalan danışır, Qəzza ölür” yazılı plakatlarla ABŞ mediasının Qəzzaya hücumlara yanaşmasını tənqid ediblər.

Qəzza zolağında İsrail ordusunun təhlükəli yola yönləndirdiyi humanitar yardım yük maşını yemək almağa çalışan fələstinlilərin üzərinə aşıb. Hadisə nəticəsində 20 nəfər ölüb, çox sayda insan yaralanıb. Qəzza hökumətinin media ofisi İsrailin yardımların bölgəyə girişini məhdudlaşdırmasının humanitar böhranı dərinləşdirdiyini və xaos yaratdığını bildirib

İordaniyanın xarici işlər naziri Əymən əs-Səfədi bildirib ki, 1967-ci il iyunun 4-dəki sərhədlər əsasında, paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin qurulması bölgədə ədalətli və hərtərəfli sülhün təmin olunmasının yeganə yoludur. Bu barədə İordaniya Xarici İşlər Nazirliyinin, Səfədinin Çexiyalı həmkarı Yan Lipavski ilə telefon danışığından sonra yaydığı bəyanatda bildirilib.

Fələstin Səhiyyə Nazirliyinin Qəzzadakı baş direktoru Munir əl-Burş sosial şəbəkədə Qəzzada aclıqdan ölənlərin ölümü ilə bağlı məlumat paylaşıb. Son 24 saatda biri uşaq olmaqla daha 8 fələstinli aclıqdan ölüb, bununla da Qəzzada ölənlərin sayı 94-ü uşaq olmaqla 188-ə çatıb.

İsrail parlamentində (Knesset) müxalifətdə təmsil olunan Ortaq Siyahı Partiyasının millət vəkili Ofer Kassif, Qəzza zolağında İsrailin soyqırım törətdiyinə dair açıqlamanı səsləndirdiyi üçün parlament kürsüsündən zorla uzaqlaşdırılıb. Hadisə, Kassifin dünən axşam parlamentdə etdiyi çıxış zamanı baş verib. O, çıxışının görüntüsünü sosial media hesabında paylaşaraq baş verənlərə sərt reaksiya verib.

Ərdoğan, Qəzza zolağındakı humanitar vəziyyətin kritik həddə çatdığını, baş verənlərə yalnız reaksiya verməyin kifayət etmədiyini, bunun qarşısının alınması üçün addımlar atmağın bəşəriyyətin üzərinə düşən bir vəzifə olduğunu vurğulayıb.