Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Yaxın Şərq

    Girovların Qəzzadan geri qaytarılması “ən vacib hədəf deyil” - Smotriç

    21 Aprel 2025 18:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    İsrailin maliyyə naziri Betsalel Smotriç, Qəzzadan girovların geri qaytarılmasının İsrail hökuməti üçün “ən vacib hədəf” olmadığını bildirib.

    AzerVoice xəbər verir ki, nazir "İsrail Qali Radiosu"na verdiyi müsahibədə deyib.

    “Həqiqəti deməliyik, girovların geri qaytarılması ən vacib məsələ deyil. Bu, şübhəsiz ki, olduqca vacib bir məqsəddir, lakin əgər biz HƏMAS təşkilatını məhv etmək istəyiriksə ki, artıq 7 oktyabr hadisəsi təkrarlanmasın, o zaman başa düşməliyik ki, Qəzzada HƏMAS’ın qalması mümkünsüzdür.” - deyə Smotriç qeyd edib.

    Smotriç'in bu açıqlamaları girovların ailələrindən sərt reaksiya alıb. Ailələr bəyanat yayaraq, maliyyə nazirinin “utanc verici” açıqlamalar verdiyini bildirib. Bəyanatda deyilir: “Nazir ən azından bu acı həqiqəti ictimaiyyətə açıq şəkildə bəyan etdi – bu hökumət girovları qəsdən tərk etmək qərarına gəlib.”

    Girovların ailələri həmçinin, “Smotriç, tarix sənə şahid olacaq – qardaşların və bacıların əsirlikdə olduğu halda ürəyini onlara bağladın və onları xilas etməmək yolunu seçdin” deyə bəyan ediblər.

    Smotriç şənbə günü həmçinin Qəzza zolağının "tam işğalına və lazım gəldikdə İsrailin hərbi idarəçiliyinə keçməsinə" çağırıb. O, “X” platformasında (keçmiş Twitter) yazaraq bildirib: “Bu, təhlükəsizliyimizi təmin etməyin yoludur, həmçinin girovların ölkəyə tezliklə qaytarılmasının da yoludur.”

    Bununla yanaşı, nazirin mövqeyini İsrailin baş naziri Benyamin Netanyahu da dəstəkləyib. Smotriç bildirib ki, baş nazirin mövqeyi ilə tam razıdır: Qəzza müharibəsi HƏMAS təşkilatının tam məğlubiyyəti və Qəzzadan çıxarılması ilə yekunlaşmalıdır.

    #İsrail #Fələstin #İsrail və Livan münaqişəsi #Fələstinli məhbuslar #Fələstin soyqırımı #Fələstin insan haqları #Fələstin mədəniyyəti #Fələstin məsələsi #Fələstin və beynəlxalq yardım #İsrail və HƏMAS müharibəsi #İsrail-HƏMAS atəşkəsi #İsrail və Fələstin münaqişəsi 2025 #Betsalel Smotriç planları #Fələstin liderliyi böhranı #Fələstin humanitar yardımı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İsrail Livana hava hücumları təşkil edib

    12 Dekabr 2025 13:08

    Livan və İsrail arasında atəşkəs müzakirələri yenidən aktivləşdi

    12 Dekabr 2025 12:49

    Qəzza "Sülh Şurası"nın üzvləri gələn ilin əvvəlində açıqlanacaq - Tramp

    11 Dekabr 2025 09:39

    İsrail ordusu Qəzzaya hava hücumları həyata keçirib

    6 Dekabr 2025 11:17

    Ərəb və müsəlman ölkələri Qəzza sakinlərinin Misirə köçürülməsi planı ilə bağlı narahatdır

    6 Dekabr 2025 10:17

    Livanın cənubuna hava zərbələri- BMT-dən İsrailə xəbərdarlıq

    5 Dekabr 2025 14:48

    İsrail və HƏMAS arasında atəşkəsin birinci mərhələsi yekunlaşmaq üzrədir

    4 Dekabr 2025 10:45

    İsrail atəşkəsi pozmağa və yerindən edilmiş insanları hədəf almağa davam edir - HƏMAS

    3 Dekabr 2025 17:11

    Ginnesin Rekordlar Kitabı İsraili boykot etmək qərarına gəlib

    3 Dekabr 2025 12:33

    APA-nın Siyasi İşlər və Fələstin Komitələrinin görüşləri dekabrda İranda keçiriləcək

    3 Dekabr 2025 11:39

    Suriya Colanın tamamını geri almaq haqqını təsdiqlədi

    3 Dekabr 2025 10:35

    İsrail ordusu İordan çayının qərb sahəsində fələstinliləri evlərindən çıxarır

    1 Dekabr 2025 16:21
    Demo
    XƏBƏR LENTİ

    Türkiyədən Qazaxıstana elektrik avadanlıqları ixracı cüzi artıb (ÖZƏL)

    Bu gün Səddam Hüseyn 9 aylıq axtarışdan sonra ələ keçirildi

    Türkiyə XİN Ukraynanın Çornomorsk limanına hücumla bağlı açıqlama yayıb

    Mərmərədəki seysmik proseslər böyük İstanbul zəlzələsi riskini artırır - New York Times

    Tarixdə bu gün – 13 Dekabr

    Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Latviyada anılıb

    Suriya ilə sərhədlərin müəyyənləşdirilməsinə hazırıq - Livan Prezidenti

    ABŞ-də Epşteynin albomundan Trampın da yer aldığı 19 yeni fotoşəkil yayımlanıb

    Mahmud Abbas İtaliyanı Fələstin Dövlətini tanımağa çağırıb

    İsrail Qətərə hücum etməyib, yalnız konkret şəxsi hədəf alıb - ABŞ səfiri

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.