Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Baş xəbər

    ABŞ-a qarşı diplomatik kampaniya başladacağıq - Hakan Fidan

    20 Aprel 2025 11:51
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    ABŞ-ın Yaxın Şərq siyasətini və PKK/YPG-yə münasibətdə göstərdiyi ikili yanaşmasına qarşı bu ilin yayında genişmiqyaslı diplomatik kampaniya başladacağıq.

    AzerVoice xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Naziri Hakan Fidan, Ədalət və İnkişaf Partiyası (AKP) millət vəkilləri ilə keçirdiyi qapalı toplantıda çıxış edərkən deyib.

    “ABŞ administrasiyası, İsrailin təhlükəsizliyini əsas götürən bir Yaxın Şərq prinsipi ilə hərəkət edir. Bu isə bizim bölgədəki ərəb ölkələri ilə təmaslarımızı daha da əhəmiyyətli edir. Cari ilin ikinci yarısında Körfəz ölkələri ilə müdafiə sənayesi sahəsində əməkdaşlığımızı genişləndirəcəyik. Eyni zamanda, PKK/YPG mövzusundakı ikili münasibətə qarşı diplomatik kampaniyaya başlayırıq” - deyə, Hakan Fidan vurğulayıb.

    Türkiyə XİN həmçinin, ABŞ və İsrailin fələstinlilərə qarşı apardığı məcburi köç siyasətini də sərt şəkildə tənqid edib.

    “Misir və İordaniyaya yönələn "könüllü çıxış proqramı"nı heç kim istəmir. Hər iki ölkə ilk gündən ‘bu insanları qəbul etmərik’ dedilər. İsrail və ABŞ indi Afrika və Asiya-Sakit Okean bölgəsinə üz tutublar. Onlardan ‘Fələstinliləri qəbul edərsinizmi?’ deyə soruşurlar. Hətta İndoneziya prezidenti bizə bildirdi ki, amerikalılar onlara belə təkliflə gəlib, üstəlik pul da verə biləcəklərini deyiblər. Biz də bu cür təklifləri diplomatik kanallarda müzakirə edirik. Hələlik ciddi dəstək yoxdur, lakin bəzi fələstinlilərin xarici pasportlar daşıması və ya dözə bilməyib çıxmaq istəməsi səbəbindən az sayda olsa da, köçlər baş verir” - deyə, Fidan qeyd edib.

    Bununla yanaşı Hakan Fidan, ABŞ ilə Çin arasında yaşanan ticarət gərginliyinə də diqqət çəkib.

    “Bu mübarizə artıq sadəcə gömrük rüsumları ilə məhdudlaşmır. Texnoloji üstünlük, istehsal zəncirləri və qlobal logistik mərkəzlər uğrunda rəqabətə çevrilib. Biz bu prosesi diqqətlə izləyirik və Ticarət və Xəzinə Nazirlikləri ilə koordinasiyalı şəkildə geniş analizlər aparırıq. Bu vəziyyət Türkiyə üçün fürsətə çevrilə bilər. Avropaya yaxınlığımız, istehsal gücümüz və logistik üstünlüklərimiz səbəbilə bir çox Qərb şirkəti tədarük zəncirlərini Türkiyəyə köçürməyi qiymətləndirir. Bu potensialı konkret sərmayələrə çevirmək üçün özəl sektor və ticarət müşavirlərimizlə birlikdə işləyirik” - deyə, o bildirib.

    #Türkiyə #İsrail #ABŞ #Hakan Fidan #Türkiyə Xarici İşlər Nazirliyi #Yaxın Şərq #PKK/YPG #ABŞ administrasiyası
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ərdoğan Türkmənistanda Putinlə görüşüb

    12 Dekabr 2025 14:49

    Türkiyə sülh və vasitəçilik sahəsində dünyada öndə gedən ölkələrdən biridir - Ərdoğan

    12 Dekabr 2025 10:28

    Energetika naziri Vaşinqtonda Azərbaycan-ABŞ enerji tərəfdaşlığının inkişafında Ulu Öndərin rolundan danışıb

    12 Dekabr 2025 10:00

    Türkiyə nöqtəni qoyur: Suriya düyünü son həddə çatır

    11 Dekabr 2025 18:36

    BƏƏ Prezidenti göstəriş verdi - BMT-yə maddi yardım, milyonlarla insanın həyatını xilas edəcək

    11 Dekabr 2025 18:00

    Putin və Ərdoğan Türkmənistanda görüşəcək

    11 Dekabr 2025 13:49

    Əsədin devrilməsindən sonra ABŞ Suriya sanksiyalarını aradan qaldırır

    11 Dekabr 2025 13:06

    Cənubi Avstraliyada nüvə sualtı gəmilərin tikintisi başlayır

    11 Dekabr 2025 12:47

    Azərbaycan və Türkiyə HDQ nümayəndələri elektron naviqasiya məlumatlarının hazırlanmasını müzakirə ediblər

    11 Dekabr 2025 12:23

    Prezident İlham Əliyev: Azərbaycan-Keniya münasibətlərinin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur

    11 Dekabr 2025 10:15

    ABŞ Venesuela sahillərində neft tankerini ələ keçirdi

    11 Dekabr 2025 10:01

    Qəzza "Sülh Şurası"nın üzvləri gələn ilin əvvəlində açıqlanacaq - Tramp

    11 Dekabr 2025 09:39
    Demo
    XƏBƏR LENTİ

    Türkiyədən Qazaxıstana elektrik avadanlıqları ixracı cüzi artıb (ÖZƏL)

    Bu gün Səddam Hüseyn 9 aylıq axtarışdan sonra ələ keçirildi

    Türkiyə XİN Ukraynanın Çornomorsk limanına hücumla bağlı açıqlama yayıb

    Mərmərədəki seysmik proseslər böyük İstanbul zəlzələsi riskini artırır - New York Times

    Tarixdə bu gün – 13 Dekabr

    Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Latviyada anılıb

    Suriya ilə sərhədlərin müəyyənləşdirilməsinə hazırıq - Livan Prezidenti

    ABŞ-də Epşteynin albomundan Trampın da yer aldığı 19 yeni fotoşəkil yayımlanıb

    Mahmud Abbas İtaliyanı Fələstin Dövlətini tanımağa çağırıb

    İsrail Qətərə hücum etməyib, yalnız konkret şəxsi hədəf alıb - ABŞ səfiri

    Reklam
    Demo
    Facebook X (Twitter) Linkedin Youtube
    © 2025 Azervoice.
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.