Əsas səhifə » Azərbaycanlı hakim “A” kateqoriyası aldı

Azərbaycanlı hakim “A” kateqoriyası aldı

Fərid Mikayilov

Bakı. AzerVoice:

Azərbaycan Şahmat Federasiyasının daha bir hakimi “A” kateqoriyalı hakim statusu alıb.

AzerVoice xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyasında mövcud normativlərə cavab verən İlahə Qədimova “A” kateqoriyalı hakimlik lisenziyasını əldə edib.

Qeyd edək ki, bununla ölkəmizdə “A” kateqoriyalı hakimlərin sayı ikiyə çatıb. Uzun illər Azərbaycan Şahmat Federasiyasının 1-ci Vitse-prezidenti Faiq Həsənov “A” kateqoriyasına layiq görülən yeganə hakimimiz olub.

banner

Digər Kateqoriyalar

2023 © AzerVoice