Əsas səhifə » Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin inkişafına töhfə verməyə hazırıq

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin inkişafına töhfə verməyə hazırıq

Laman Asadli

Bakı. AzerVoice:

Azərbaycana sərmayələrimizi artırmağa, Azərbaycanın infrastrukturunun, xüsusilə də işğaldan azad edilmiş ərazilərinin inkişafına yönəlmiş bütün layihələrə töhfə verməyə hazırıq.

AzerVoice xəbər verir ki, bu sözləri Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasında çıxışı zamanı deyib.

“İnvestisiyalara nəzər saldıqda, ölkəmizin Azərbaycana yatırdığı investisiyalar 13 milyard dollar səviyyəsinə çatıb. Azərbaycanın ölkəmizə qoyduğu investisiyaların həcmi 21 milyard dollar səviyyəsindədir. Podratçılarımız Azərbaycanda 19,3 milyard dollarlıq 526 layihə həyata keçirib”, – deyə o qeyd edib.

banner

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice