Əsas səhifə » Azərbaycan şahmatçısı liderlər qrupunda yer alıb

Azərbaycan şahmatçısı liderlər qrupunda yer alıb

Hafiz Rufizoglu

Bakı. AzerVoice

Özbəkistanın paytaxtı Daşkənddə gənclər arasında rapid və blits üzrə dünya çempionatı keçirilir.

AzerVoice İdman.biz-ə istinadən xəbər verir ki, azərbaycanlı şahmatçı Ayan Allahverdiyeva rapiddə 6 turdan sonra liderlər qrupunda yer alıb.

O, 20 yaşadək şahmatçılar arasında 4,5 xalla 3-cü pillədə qərarlaşıb. Xəzər Babazadə isə 3,5 xalla 14-cüdür. Sabah rapiddə son 3 tur baş tutacaq.

banner

Qeyd edək ki, yarışın sonuncu günündə şahmatçılar blitsdə üz-üzə gələcək.

Digər Kateqoriyalar

2023 © AzerVoice