Əsas səhifə » Azərbaycan dezinformasiya müharibəsi ilə üz-üzədir – Rufiz Hafizoğlu

Azərbaycan dezinformasiya müharibəsi ilə üz-üzədir – Rufiz Hafizoğlu

Fərid Mikayilov

Bakı,AzerVoice

Azərbaycan son 40 ildə çox ciddi dezinformasiya müharibəsi ilə üz-üzə qalıb.

AzerVoice xəbər verir ki , bunu Qərbi Azərbaycan İcmasına (QAİ) açıqlamasında “Türk Dünyası” (Turkic.World) media platformasının rəhbəri, siyasi şərhçi Rufiz Hafizoğlu deyib.

Ekspert bildirib ki, bu forumun Şuşada keçirilməsi çox önəmli bir məqamdır.

banner

“Mən düşünürəm ki, bu forum çox önəmlidir. Təkcə Azərbaycanda deyil, digər ölkə medialarını da yaxından izləyən biri olaraq deyə bilərəm ki, forum başladığı gündən bitən günə qədər Şuşa Qlobal Formu aktual bir mövzu kimi gündəmə gətirilib”,- deyə Hafizoğlu bildirib.

Ekspert həmçinin Azərbaycanın uzun illərdir mübarizə apardığı “feyk xəbər” mövzusuna da toxunub.

“Azərbaycana qarşı başladılan bu media müharibəsi 80-ci illərin əvvəlinə dayanan bir müharibədir. Azərbaycan çox ciddi dezinformasiya müharibəsi ilə üz-üzə qalan və öz həqiqətlərini dünyaya çatdırmaqda sıxıntı çəkən bir ölkədir. Buna nümünə olaraq İkinci Qarabağ müharibəsində ermənilərin işğal edilmiş ərazilərimizdə olan evlərini yandırmağını göstərmək olar. Bu hadisə ərəb mediasında sanki evlərin Azərbaycan tərəfindən yandırılması kimi tirajlanıb”,- deyə o bildirib.

Siyasi şərhçi bu mübarizənin təkcə Azərbaycanın yox bütün türk ölkələrini həmçinin, haqsızlıqlara məruz qalmış bütün toplumların mübarizəsi olduğunu vurğulayıb.

Digər Kateqoriyalar

2023 © AzerVoice