Əsas səhifə » Azərbaycan de-fakto yeni inkişaf mərhələsinə daxil olur – Azər Qarayev

Azərbaycan de-fakto yeni inkişaf mərhələsinə daxil olur – Azər Qarayev

Fərid Mikayilov

Bakı. AzerVoice:

Prezident İlham Əliyev fevralın 14-də baş tutuan andiçmə mərasimində Azərbaycanın gələcək inkişaf hədəfləri, ölkəmizin keçdiyi uğurlu inkişaf yolu və digər önəmli məsələlərlə bağlı vacib bəyanatlar səsləndirdi.

Bunu AzerVoice-ə açıqlamasında təhlükəsizlik orqanlarının veteranı, fəxri əməkdaşı, polkovnik Azər Qarayev deyib.

A.Qarayev bildirib ki, Prezident seçkiləri ilə yeni dövrə başlayan Azərbaycan qarşıdakı illər üçün yeni hədəflərini müəyyənləşdirdi:

banner

“Azərbaycan bütün dövrlər üçün uğurlu inkişaf yolunu tapmağı bacarıb. Prezident İlham Əliyev Azərbaycanın həyatında mühüm rola malik olan, müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən Prezident seçkilərində xalqın 92,12 faiz səsini qazanaraq, Prezident seçildi. Bu, müasir Azərbaycanın Zəfər tarixinin vacib hissələrindəndir.

Son il 20 ərzində Azərbaycanın misli görünməmiş quruculuq salnaməsinin hər bir səhifəsi, xarici siyasət və beynəlxalq əlaqələrdən tutmuş iqtisadi və sosial sahələrə qədər əldə edilən möhtəşəm nailiyyətlərin xronikası kifayət qədər geniş və zəngin olub.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin Dəmir Yumruğu ilə Azərbaycanın əsas problemi olan Qarabağ problemi qəti şəkildə həll edildi. Bu ilin 20 sentyabrında isə cəmi bir günlük uğurlu antoterror tədbirindən sonra Qarabağda illərdən bəri davam edən separatçı rejimin mövcudluğuna son qoyuldu. Beləliklə, Azərbaycan Respublikası müstəqil dövlət kimi özünün bütün strateji hədəflərinə nail oldu, qarşısına qoyduğu vəzifələri layiqincə həyata keçirdi”, – deyə o əlavə edib.

A.Qarayev vurğulayıb ki, bütün bunlara görə Azərbaycan Respublikası hazırda de-fakto yeni inkişaf mərhələsinə daxil olur.

“Zamanın meydana çıxardığı bu müasir inkişaf mərhələsinin irəli sürdüyü çağırışlar növbədənkənar Prezident seçkilərini şərtləndirdi və Prezident İlham Əliyev növbəti dəfə xalqın dəstəyini topladı. Dünyanın hazırkı çətin və mürəkkəb hərbi-geosiyasi şəraitində və ölkəmizin inkişafdan – intibaha doğru yüksəlişi naminə gedəcəyimiz yolda müstəqil dövlətimiz və xalqımız üçün İlham Əliyev ən layiqli liderdir.

Dayanıqlı inkişafın təmin olunması Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioritetidir. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da öhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanır. Mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, İlham Əliyevin liderlİyi milli dövlətin formalaşmasında və inkişafında həlledici rol oynamaqda davam edir”, – deyə A.Qarayev qeyd edib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev andiçmə mərasimindəki nitqində Azərbaycanın gələcək inkişaf xəritəsini də cızmış oldu.

“Güclü ordu quruculuğunun davam etdirilməsi, hərbi sənayenin inkişafı, hərbi sənayenin inkişafının 2-ci mərhələsinə başlanması və bu sahədə asılılığın aradan qaldırılması, 2-ci Qarabağ müharibəsindən sonra bu istiqamətdə atılmağa başlanmış addımların uğurla tamamlanması əsas hədəflər sırasındadır.

Azərbaycanı xarici risklərdən qorumaq üçün sərhədlərimizin təhlükəsizliyinin gücləndirilməsi də zəruridir. Yeni dövrün təhdidlərinə qarşı olaraq Azərbaycanda ideoloji bütövlük və tamlıq, cəmiyyətimizin xaricdən gələn ideoloji təzyiqlərə davamiyyətinin artırılması olduqca vacibdir. Bu gün bir çox dövlətlər məhz bu problemdən əziyyət çəkirlər. Milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və gənclərin bu dəyərlər əsasında böyüməsi önəmlidir.

Dünayda qütbləşmənin sürətlə getdiyi bir dönəmdə Azərbaycan bundan sonra da Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərini davam etdirəcək. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrin qardaşlıq münasibətləri var və onları sıx əlaqələr birləşdirir. Biz artıq görürük ki, Türk Dövlətləri arasında iqtisadi, sosial əlaqələr sürətlə inkişaf edir. Hətta bu amil bir sıra güclər tərəfindən qısqanclıqla da qarşılanır, Türk Dövlətlərinin güclənməsinin qarşısını almağa da çalışırlar, lakin Azərbaycan Türk Dövlətləri Təşkilatının güclənməsi üçün bundan sonra da fəaliyyətini davam etdirəcək”, – polkovnik deyib.

A.Qarayev əlavə edib ki, ötən 20 il onu deməyə əsas verir ki, Azərbaycanın yeni inkişaf mərhələsi də zəfərlərlə, qələbələrlə və uğurlarla zəngin olacaq.

Digər Kateqoriyalar

2023 © AzerVoice