Əsas səhifə » Azərbaycan BRICS+ ölkələrinin şəhərlər forumunda iştirak edəcək

Azərbaycan BRICS+ ölkələrinin şəhərlər forumunda iştirak edəcək

Narmin Ağayeva

Bakı.VOA  :

Azərbaycan, İran və Türkiyə də daxil olmaqla 21 ölkənin 200 bələdiyyə sədri iyunun 21-də Tatarıstanın paytaxtı Kazanda keçiriləcək BRICS+ ölkələrinin şəhərlər forumunda iştirak edəcək.

VOA  xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.

Tədbirdə, həmçinin, Çin, Hindistan, Cənubi Afrika Respublikası, Braziliya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı, Efiopiya, Misir, Belarus, Qazaxıstan, Özbəkistan, Argentina, Çili, Mərakeş, İndoneziya və Meksikanın bələdiyyə başçıları bir araya gələcək.

banner

Qeyd olunub ki, iştirakçılar yeni beynəlxalq təşkilatın – BRİCS+ Ölkələrinin Şəhərlər və Bələdiyyələr Assosiasiyasının yaradılmasını müzakirə edəcəklər.

Həmçinin, forum çərçivəsində bələdiyyələrarası və beynəlxalq əməkdaşlığa dair müzakirə forumu da keçiriləcək.

Digər Kateqoriyalar

2023 © AzerVoice