Əsas səhifə » Azərbaycanlı hədis ravisi Əhməd ibn İbrahim Bərdəi

Azərbaycanlı hədis ravisi Əhməd ibn İbrahim Bərdəi

Azer Voice

Bakı,AzerVoice

Hənbəli məzhəbinə mənsub hədis ravisi idi. Muhəmməd ibn Əhməd ibn Həsən əl- Səvvafdan hədis dinləmiş və nəql etmişdi. Şeyxülislam Əbu İshaq İbrahim Şirazi də ondan hədis dinləmiş və nəql etmişdi.
Ölüm tarixi məlum deyil. XI əsrdə yaşamışdır.
Onun nəql etdiyi hədislərdən biri də, adət halına gətirilmədən, namazların bəzən birləşdirilərək qılınmasına aid hədis idi:Abdullah ibn Abbas (ا) dedi ki, ‚Rəsulullah (م) Mədinədə hər hansı bir (təhlükə səbəbiylə meydana çıxan) qorxu və yağışlı hava olmadan zöhr və əsr namazlarının arasını birləşdirərək qıldı‛. Ona ‚Rəsulullah (م) bunu hansı səbəblə etdi?‛ deyə sual verdilər.İbn Abbas ‚Ümmətini məşəqqətə salmamaq üçün‛ deyə cavab verdi.

Mənbə: Dosent Elnur Nəsirov/ Orta Əsrlərdə Yaşamış AZƏRBAYCANLI ALİMLƏR, fəqihlər, müfəssirlər, mühəddislər, mütəkəllimlər, ravilər, qarilər …

Digər Kateqoriyalar

2023 © AzerVoice