Əsas səhifə » Azərbaycanlı alim Əbu Bəkr Maraği

Azərbaycanlı alim Əbu Bəkr Maraği

Azer Voice

Bakı,AzerVoice

Əbu Bəkr Maraği Mədinədə Məscidi-Nəbəvinin abadlıq işlərindən məsul idi. H. 654-cü ilin ramazan ayının ilk gecəsi (21-22 sentyabr 1256), təravih namazından sonra o, əlindəki çıraqla məscidin şimali-qərb hissəsindəki zirzəmiyə enmiş, lakin ehtiyatsızlıq ucbatından çıraq əlindən düşmüşdü.
Bununla da yanğın başlamışdı. Yanğın elə qısa müddət ərzində böyümüşdü ki, insanlar onun qarşısını ala bilməmişdilər. Yanğın tezliklə məscidin tavanını bürümüş və bütün məscid yanıb kül olmuşdu. Belə ki, divarlar və sütunlardan başqa heç nə qalmamışdı. Hətta məscidin qurğuşun lövhələrdən düzəldilmiş dam örtüyü də ərimişdi.
Əbu Bəkr Marağinin özü də bu faciədə yanıb ölmüşdü. Yanğın hətta Allah Rəsulunun (م) məqbərəsinə də sıçramış və məqbərənin damının bir qismi yanmışdı. İbn Kəsir yazır ki, bu hadisə sanki sonrakı illərdə baş verəcək fəlakətləri xəbər vermişdi. Çünki bu hadəsədən təqribən iki il sonra moğollar Bağdadı zəbt etmiş, dəhşətli qırğın törətmiş və şəhəri oda vermişdilər. Əbu Şamə isə öz əsərində həm bu hadisə, həm də Bağdadın başına gələn fəlakət haqqında nət yazmışdı.

Mənbə: Dosent Elnur Nəsirov/ Orta Əsrlərdə Yaşamış AZƏRBAYCANLI ALİMLƏR, fəqihlər, müfəssirlər, mühəddislər, mütəkəllimlər, ravilər, qarilər …

Digər Kateqoriyalar

2023 © AzerVoice