Əsas səhifə » Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4,4 milyard dollara çatıb

Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4,4 milyard dollara çatıb

Tasnim İsmixan

Bakı. AzerVoice:

Ötən il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi proqnozları üstələyərək 4,4 milyard dollara çatıb.

AzerVoice xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov “İzvestiya” qəzetinə müsahibəsində deyib.

“2023-cü ildə Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 4 milyard dollara çatacağını proqnozlaşdırırdıq. Ancaq yanıldıq. 4,4 milyard dollar olub, 17 faiz artım”, – deyə səfir qeyd edib.

banner

Onun sözlərinə görə, Qərbin sanksiyaları Rusiya ilə Azərbaycan arasında münasibətlərin möhkəmlənməsinə səbəb olub.

“Mövcud vəziyyətə və Qərbin sanksiyalarına gəlincə, bu, – qərblilərin hesablamalarının əksinə, – ölkələrimiz arasında daha sıx əlaqələri təşviq etdiyinə bir nümunədir. Bu ilin əvvəlində Rusiya və Azərbaycanın milli valyutalarından (rubl və manat) istifadə 54 faizi ötüb, yəni, biz Bakı ilə münasibətlərimizdə dollar və avrodan uzaqlaşırıq”, – deyə diplomat əlavə edib

Digər Kateqoriyalar

2023 © AzerVoice