Əsas səhifə » Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsi vacibdir – İran XİN rəhbəri

Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsi vacibdir – İran XİN rəhbəri

Hafiz Rufizoglu

Bakı. AzerPress:

Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsi vacibdir.

AzerPress-in məlumatına görə, bu barədə İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

O bu gün İranın Naxçıvana təyin olunan yeni baş konsulu Əziz Mənsurini qəbul edib.

banner

Qəbul zamanı iranlı nazir İran və Azərbaycanın qonşuluq siyasəti çərçivəsində münasibətlərinə diqqət çəkib və iki ölkə əlaqələrində diplomatik nümayəndəliklərinin əhəmiyyətini qeyd edib.

Görüşdə yeni baş konsul İranın Naxçıvanda baş konsulluğunun yeni iş proqramı haqda məlumat verib.

Qeyd edək ki, İranın Naxçıvandakı yeni baş konsulu XİN-in çoxtərəfli maliyyə, ticarət, enerji və nəqliyyat əməkdaşlığı departamentində çalışıb.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice