Əsas səhifə » Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Türkiyədə saxlanıldı

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Türkiyədə saxlanıldı

Daspina Hasanova

Bakı. AzerPress:

Azərbaycanda daxil olmaqla, 18 ölkənin İnterpol xətti ilə qırmızı bülletenlə beynəlxalq axtarışa verdiyi 56 nəfər Türkiyədə saxlanılıb.

AzerPress xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial media hesabında bildirib.

Məlumatda qeyd edilib ki, ABŞ, Almaniya, Azərbaycan, BƏƏ, Belarus, Mərakeş, Fələstin, Hindistan, İsrail, İran, Qətər, Qazaxıstan, Moldova, Özbəkistan, Rusiya, Səudiyyə Ərəbistanı, Türkmənistan və İordaniya tərəfindən qırmızı bülletenlə axtarışa verilən 56 nəfər Türkiyədə keçirilən “Kafes-28” əməliyyatı nəticəsində saxlanılıb.

banner

Saxlanılan şəxslərin cinayət təşkilatına üzvlük, narkotik maddə ticarəti,çirkli pulların yuyulması,hücum,
saxtakarlıq, oğurluq, fırıldaqçılıq, qətl, qaçaqmalçılıq, rüşvət vəkorrupsiya cinayətləri üzrə axtarış qeydlərinin olduğu müəyyən edilib.

Digər Kateqoriyalar

2023 © AzerVoice