Əsas səhifə » Azərbaycanda akkreditə olunmuş səfirlər üçün iftar süfrəsi verilib

Azərbaycanda akkreditə olunmuş səfirlər üçün iftar süfrəsi verilib

Tasnim İsmixan

Bakı. AzerVoice:

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycandakı diplomatik korpus üçün iftar mərasimində iştirak edib.

AzerVoice xəbər verir ki, bu barədə XİN başçısı sosial şəbəkədə yazıb.

“Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün iftar süfrəsində çıxış etməkdən məmnunam. Bu mübarək ayda bütün müsəlman dünyasına sülh, firavanlıq diləyirik. Qarşılıqlı dəstək və həmrəylik ümumi təhdidlərlə mübarizə aparmaq və problemlərin tezliklə həllinə töhfə verməyin açarıdır”, – xarici siyasət idarəsinin rəhbəri bildirib.

banner

Digər Kateqoriyalar

2023 © AzerVoice