Əsas səhifə » Azərbaycan və Türkiyə yüzlərlə işgüzar tədbir, eləcə də biznes forumlar keçirib – Mikayıl Cabbarov

Azərbaycan və Türkiyə yüzlərlə işgüzar tədbir, eləcə də biznes forumlar keçirib – Mikayıl Cabbarov

Laman Asadli

Bakı. AzerPress:

Azərbaycan və Türkiyə yüzlərlə işgüzar tədbir, eləcə də biznes forumlar keçirib.

AzerPress xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Türkiyə İnvestisiya Forumunun açılış mərasimində deyib.

“Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın davamlı səyləri nəticəsində bu gün Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu, sıx əməkdaşlığı və strateji müttəfiq münasibətləri ən yüksək səviyyədədir. Prezidentlərimiz arasında qarşılıqlı etimada əsaslanmış şəxsi münasibətlər, eləcə də onların mütəmadi təmasları və siyasi arenada qarşılıqlı dəstəyi müttəfiqlik əlaqələrimizin yüksələn inkişafının əsasını təşkil edir. 15 iyun 2021-ci il tarixində Şuşa bəyannaməsinin imzalanması sayəsində Azərbaycan-Türkiyə münasibətləri yeni strateji ittifaq səviyyəsinə yüksəldi.

banner

Qarşılıqlı etimada əsaslanmış qardaşlıq mühiti işgüzar dairələri əməkdaşlığın inkişafına təşviq edir. Bugünədək iki ölkə arasında yüzlərlə işgüzar tədbir, eləcə də biznes forumlar, ixrac missiyaları və işgüzar görüşlər keçirib”, – o deyib.

Qeyd edək ki, bu gün Azərbaycan-Türkiyə İnvestisiya Forumu başlayıb.

Forum çərçivəsində Azərbaycan-Türkiyə əməkdaşlığının müxtəlif istiqamətlər üzrə genişləndirilməsi imkanları nəzərdən keçiriləcək, investisiya üzrə əməkdaşlıq sazişi və müqavilələri imzalanacaq.

Tədbirdə hər iki ölkədən dövlət qurumları və özəl sektoru təmsil edən 600-dən çox nümayəndə iştirak edir.

Forum çərçivəsində investisiya, ticarət, kənd təsərrüfatı, müdafiə sənayesi, “yaşıl” enerji, sağlamlıq turizmi sektorlarını əhatə edən panel sessiyalar keçiriləcək.

Digər Kateqoriyalar

2023 © AzerVoice