Əsas səhifə » Azərbaycan və Türkiyə arasında konsulluq və immiqrasiya məsələləri müzakirə edilib

Azərbaycan və Türkiyə arasında konsulluq və immiqrasiya məsələləri müzakirə edilib

Laman Asadli

Bakı. AzerPress:

Türkiyə xarici işlər nazirinin müavini Yasin Ekrem Serim Qlobal Qaçqınlar Forumu çərçivəsində Azərbaycan Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovla görüşüb.

AzerPress xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi öz rəsmi X sosial media hesabında paylaşım edib.

Məlumata əsasən, görüş zamanı iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, xüsusilə konsulluq və immiqrasiya məsələləri ilə bağlı razılıq əldə olunub.

banner

“Biz hər zaman qardaş Azərbaycanın yanındayıq. Bir millət, iki dövlət şüarı ilə bölgəmizin firavanlığı və sülhü üçün birlikdə çalışmaqda davam edəcəyik”, – deyə paylaşımda bildirilib.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Digər Kateqoriyalar

2023 © AzerVoice