Əsas səhifə » Azərbaycan və İraq XİN-ləri arasında memorandum təsdiqləndi – FƏRMAN

Azərbaycan və İraq XİN-ləri arasında memorandum təsdiqləndi – FƏRMAN

Laman Asadli

Bakı. AzerPress:

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə fərman imzalayıb.

AzerPress xəbər verir ki, fərmana əsasən, 2023-cü il noyabrın 20-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu” təsdiq edilib.

Bu fərmanda göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İraq Respublikası Hökumətinə bildiriş göndərməlidir.

banner

Digər Kateqoriyalar

2023 © AzerVoice