Əsas səhifə » Azərbaycan və İran arasında Astaraçay üzərində yeni körpü istifadəyə verilib

Azərbaycan və İran arasında Astaraçay üzərində yeni körpü istifadəyə verilib

Laman Asadli

Bakı. AzerPress:

Bu gün (30 dekabr) Azərbaycan və İran arasında Astaraçay üzərində yeni körpü istifadəyə verilib.

AzerPress-in məlumatına görə, yeni körpünün istifadəyə verilməsi ilə əlaqədar təşkil olunan tədbirə iki ölkə rəsmiləri qatılıblar.

Körpünün tikintisinə 5,8 milyon avro vəsaitin xərcləndiyi bildirilir.

banner

Astaraçay üzərində yeni körpünün istifadəyə verilməsi ilə ilk mərhələdə yeni sərhəd keçid məntəqəsindən boş yük maşınlarının keçidi təşkil olunacaq. Gələn 10 gün ərzində sərhəd keçid məntəqəsindən yüklə dolu yük maşınlarının keçidinə şərait yaradılacaq.

Qeyd edək ki, Azərbaycan və İran arasında Astaraçay üzərində yeni körpünün təməli 25 yanvar 2022-də qoyulub. Körpü 3 aşırımlı olmaqla uzunluğu 97.5 metr, eni isə 30.5 metr olacaq. 4 hərəkət zolaqlı körpüdə əlavə olaraq ehtiyat hərəkət üçün daha 2 zolağın, həmçinin hər birinin eni 2.5 metr olan 2 piyada keçidinin yaradılması nəzərdə tutulub.

Digər Kateqoriyalar

2023 © AzerVoice