Əsas səhifə » Azərbaycan-Türkiyə Hökumətlərarası İqtisadi Komissiyanın iclası Ankarada keçiriləcək

Azərbaycan-Türkiyə Hökumətlərarası İqtisadi Komissiyanın iclası Ankarada keçiriləcək

Hafiz Rufizoglu

Bakı. AzerPress:

Azərbaycanla Türkiyə arasında Hökumətlərarası İqtisadi Komissiyanın iclası Ankarada keçiriləcək.

AzerPress xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz “ İş dünyasının görüşü” adlı tədbirdə çıxışı zamanı deyib.

“Orada da iş dünyasını bir araya gətirməyi planlaşdırırıq. Dəqiq tarix bəlli deyil lakin fevral ayının ikinci yarısında baş tuta bilər. İki ölkənin ticarət və iqtisadi münasibətləri üçün yeni bir yol xəritəsi hazırlayacağıq”,-deyə C.Yılmaz bildirib.

banner

Qeyd edək ki, Bakıda Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın iştirakı ilə “İş dünyasının görüşü” adlı tədbir keçirilir.

“Türkiyə Yüz İli Birlik və Həmrəylik Platforması Azərbaycan” tərəfindən təşkil olunan tədbirdə Azərbaycanda fəaliyyət göstərən iş adamları iştirak edirlər.

Xatırladaq ki, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz dekabrın 19-20-də Azərbaycanda səfərdə olacaq.

C.Yılmazın səfər çərçivəsində bir sıra görüşlər keçirməsi gözlənilir.

Digər Kateqoriyalar

2023 © AzerVoice