Əsas səhifə » Azərbaycan taekvondo millisi İranda iki beynəlxalq yarışda iştirak edəcək

Azərbaycan taekvondo millisi İranda iki beynəlxalq yarışda iştirak edəcək

Tasnim İsmixan

Bakı. AzerVoice:

Fevralın 12-15-də İranın paytaxtı Tehranda taekvondo üzrə G1 kateqoriyalı “Fəcr Open”, ayın 16-19-da G2 kateqoriyalı Dünya Taekvondosunun Prezidentinin kuboku keçiriləcək. Azərbaycan millisi hər iki yarışda qüvvəsini sınayacaq.

AzerVoice-nin məlumatına görə, bu barədə Azərbaycan Taekvondo Federasiyasından bildirilib.

Bildirilib ki, beynəlxalq turnirlərdə kişilərdən ibarət milli komanda böyük məşqçi Elnur Amanovun, qadınlardan ibarət yığma böyük məşqçi Seulbi Li və məşqçi Zahid Məmmədovun rəhbərliyi ilə Səyyad Dadaşov (58 kq), Rahid Vəliyev, Xıdır Məmmədov (hər ikisi 54 kq), Ruslan Seyidov, Malik Abbasov, Yusif Qurbanov, Adil Eyvazov (hamısı 58 kq), Riyad Şirəliyev, Pərviz İskəndərov (hər ikisi 63 kq), Yaşar Məmmədli, Vaqif Hacıyev, Xanlar Xanəhmədov, Vüqar Bağırov (hamısı 68 kq), Ələskər Əliyev, Nicat İsmayılzadə (hər ikisi 74 kq), Eltac Qafarov (80 kq), Taleh Süleymanov (87 kq), Səlimə Quliyeva (46 kq), Aylin Eynullayeva (49 kq), Nigar Abdullayeva (53 kq), Leyla Bəşirova, Nərgiz Kazımova (hər ikisi 57 kq), Meylin Məmmədzadə (62 kq) və Nərmin Ənsəri (67 kq) iştirak edəcəklər.

banner

Komanda fevralın 20-də Bakıya qayıdacaq.

Digər Kateqoriyalar

2023 © AzerVoice