Əsas səhifə » Azərbaycan sülh şərtləri üzərində rəyini yaxın vaxtlarda Ermənistana təqdim edəcək – Ceyhun Bayramov

Azərbaycan sülh şərtləri üzərində rəyini yaxın vaxtlarda Ermənistana təqdim edəcək – Ceyhun Bayramov

Aytac Suleymanova

Bakı. AzerPress:

Ermənistanla Azərbaycan arasında münasibələrin normallaşması istiqamətində tarixi imkan yaranıb.

AzerPress-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Türkiyə xarici işlər naziri Hakan Fidan ilə keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, hazrda Azərbaycan Ermənistandan alınan sülh şərtləri üzərində rəyini formalaşdırır və yaxın vaxtlarda Ermənistana təqdim edəcək.

banner

“Azərbaycan və Türkiyə hesab edir ki, regionda qonşular sülh şəraitində yaşamalıdır. Gözləntimiz ondan ibarətdir ki, Ermənistan da eyni yanaşma ilə addımlar atacaq”, – deyə nazir əlavə edib.

Digər Kateqoriyalar

2023 © AzerVoice