Əsas səhifə » Azərbaycan nümayəndə heyəti BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasının üçüncü sessiyasında iştirak edir

Azərbaycan nümayəndə heyəti BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasının üçüncü sessiyasında iştirak edir

Laman Asadli

Bakı. AzerPress:

Azərbaycan Respublikasının nümayəndə heyəti BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasının üçüncü sessiyasında iştirak edir.

AzerPress xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin başçılıq etdiyi Azərbaycan Respublikasının nümayəndə heyəti BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Keniyanın paytaxtı Nayrobi şəhərindəki baş qərargahında keçirilən üçüncü sessiyasında iştirak edir.

Sessiya çərçivəsində dünya üzrə insanyönümlü “ağıllı” şəhərlərə dair tövsiyə xarakterli beynəlxalq təlimat sənədinin tərtib edilməsi və “UN-Habitat”ın 2026-2029-cu illəri əhatə edəcək strateji planının hazırlanması istiqamətində yol xəritələrinin icrası müzakirə edilir.

banner

Digər Kateqoriyalar

2023 © AzerVoice