Bakı. AzerPress:
Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya arasında iclasların və birgə işçi görüşlərin təşkilinin və keçirilməsinin Reqlamenti”nin təsdiq edilməsi haqqında qərar imzalayıb.
AzerPress xəbər verir ki, reqlamentə əsasən Komissiyalar arasında iclaslar və birgə işçi görüşlər Komissiyaların Sədrlərinin razılaşması ilə bir qayda olaraq növbə ilə Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazilərində və ya Azərbaycan Respublikası ilə Ermənistan Respublikasının sərhədində və ya üçüncü ölkələrin ərazisində və ya videokonfrans formatında keçirilir.
İclasların və birgə işçi görüşlərin gündəlikləri, nümayəndə heyətlərinin siyahısı Komissiyaların üzvləri istisna olmaqla) və iclasların və birgə işçi görüşlərin təşkilinin protokol məsələləri Komissiyaların Sədrlərinin razılaşması ilə müəyyən olunur.