Əsas səhifə » Azərbaycan güləşçiləri dünya çempionatının son günündə 3 medal qazanıb

Azərbaycan güləşçiləri dünya çempionatının son günündə 3 medal qazanıb

Hafiz Rufizoglu

Bakı. AzerPress:

Azərbaycan millisi Bakıda hərbçilər arasında keçirilən güləş üzrə dünya çempionatının son günündə 3 medal qazanıblar.

AzerPress xəbər verir ki, 77 kiloqram çəki dərəcəsində mübarizə aparan Qurban Qurbanov finalda rusiyalı Aleksandr Babumaraya qalib gələrək dünya çempionu olub.

Yunan-Roma güləşçisi Nihad Quluzadə (60 kiloqram) iranlı Milad Reza Nejadı üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

banner

Laçın Vəliyev (87 kiloqram) isə final görüşündə İranın digər təmsilçisi Nasser Alizadeyə uduzaraq ikinci yerlə kifayətlənib.

Bu gün çıxış edən digər milli üzvlərindən Həsən Məmmədli (67 kiloqram) və Sərxan Məmmədov (130 kiloqram) medalsız qalıb.

Bununla da Azərbaycan güləşçiləri dünya çempionatını 21 medalla başa vurublar.

Digər Kateqoriyalar

2023 © AzerVoice